Həddindən artıq bol  və ya az dövrlər

Həddindən artıq bol və ya az dövrlər

Döngünün müntəzəmliyinə əlavə olaraq, qadınların sağlamlığının mühüm göstəricisi menstruasiyanın özüdür.
Adətən qan itkisi 30 ilə 50 ml arasında olur, lakin 80 ml də norma hesab olunur. Bir ped və ya tampon orta hesabla təxminən 5-10 ml qan udur, yəni bir menstruasiya üçün təxminən 6-10 ped və ya tampon sərf edirik. Menstruasiya pozulduğu vaxt qan itkisi az (bütün dövr üçün 50 ml-dən az) və ya bol (80 ml-dən çox) ola bilər. Gündə 1-dən az pedə ehtiyac olunduqda az,  3-dən çox pedə ehtiyac olunduqda bol hesab olunur. 

Menorragiya (hipermenoreya) 7 gün və ya daha çox davam edən uzun və ağır menstruasiyadır.
Menorragiyanın əlamətləri:
- Bir dövrədə 80-100 ml-dən çox qan axması (bu 16-dan çox bedin və ya tamponun dəyiştirilməsidir);
- Böyük qan laxtaları;
- Şiddətli ağrılar, spazmlar;
- Qanazlığı: yorğunluq, başgicəllənmə, solğunluq.
Səbəbləri:
Menorragiya endometrioz (və ya adenomiyoz), miyom, uşaqlığın polipləri kimi xəstəliklərin xəbərcisi ola bilər. Qan laxtalanma pozğunluğu, hormonal balanssızlıq ilə əlaqəli ola bilər. Həmçinin ürəyin, qaraciyərin, qalxanabənzər vəzin vəziyyətini, metabolik prosesi yoxlamaq lazımdır. Bundan əlavə, intrauterin vasitələr, düşüklər, ektopik hamiləliklər hətta ağır idman və ciddi pəhrizlər menorragiyaya səbəb ola bilər.

Hipomenoreya və ya az dövrlər dövr başına qan itkisinin 50 ml-dən az olmasıdır.
Hipomenoreya əlamətləri: reproduktiv funksiyanın azalması, libidonun azalması, baş ağrıları, ürəkbulanma və başgicəllənmə, ümumi zəiflik, yuxululuq.
Səbəbləri:
- Polikistik yumurtalıq sindromu, endometrit, adneksit, uşaqlıq və ya yumurtalıq vərəmi, xlamidiya, gonoreya və digər cinsi yolla keçən infeksiyalar kimi xəstəliklərin təzahürləri;
- Qalxanvari vəzin disfunksiyası;
- Distrofiya və ya piylənmə;
- Avitaminoz, anemiya;
- Hormonal kontraseptivlərin qəbuluna başlama və ya onlardan imtina etmə;
- Uşaqlıq yolunun strukturunda anadangəlmə anomaliyalar, çətin doğuşlar, cərrahi müdaxilələr;
- Ailədəki bütün qadınlarda hipomenoreya olduqda irsi faktor. Lakin reproduktiv funksiyaya heç bir şəkildə təsir etməməlidir.
- Yetkinlik, ana südü ilə qidalandırma və ya perimenopoz dövrləri (lakin bu zaman az miqdarda ifrazat normal sayılır).
- Uzun müddətli stress. Bundan əlavə, az menstruasiya inkişaf edən bir nöropsikiyatrik pozğunluğun ilk siqnalı ola bilər. 
Təsvir edilən təzahürlərin qarşısını almaq üçün çəki, qidalanma, fiziki və emosional stressə nəzarət etməlisiniz, iltihabları və infeksiyaları vaxtında müalicə etməlisiniz. C, B qrupu vitaminləri, dəmir və fol turşusu olan vitamin komplekslərinin qəbulu kömək edə bilər.

 

EmptyView

Kotex® sizin üçün

Kotex brendinin Azərbaycanda rəsmi saytı - kotex.az - Pedlər

Pedlər

Unikal Fast Absorb emici mərkəzi və Kotex Ultra ultra nazik pedlərin "yumşaq tor" səthi sayəsində hətta bu günlərdə özünüzü rahat və 100% əmin hiss edəcəksiniz!

Kotex brendinin Azərbaycanda rəsmi saytı - kotex.az - Tamponlar

Tamponlar

Hər gün yeni bir addımdır! Bəlki də atlama və ya qaçış ola bilər?! Seçdiyiniz ritmdə hərəkət edin — arxaya baxmadan irəliyə və hər gün!

Kotex brendinin Azərbaycanda rəsmi saytı - kotex.az - Gündəliklər

Gündəliklər

Aktiv yaşayırsınız və hər şeyi etmək istəyirsiniz? Yeni pedlər, tamponlar və gündəlik Kotex® sizin üçündür! Onlar sizin həyat tərzinizi nəzərə alaraq hazırlanmışdır! Bunlardan yalnız Kotex® var! İstədiyiniz kimi hərəkət edin!